03 noyabr 2015, 10:30

Sədrəddin Ələsgərovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, onun siyasi kursunun və iqtisadi strategiyasının davamçısı olaraq təkcə ölkəmizdə deyil, bütün dünyada böyük nüfuz qazanmısınız. Xalqımız, dövlətimiz naminə gördüyünüz hər bir iş maraqla qarşılanır və dəstəklənir.

Möhtərəm Prezident, Siz böyük siyasətçi, dərin zəkaya malik şəxsiyyətsiniz. Biz Sizi sevir və Sizinlə qürur duyuruq. Əmin ola bilərsiniz ki, biz həmişə Sizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Sədrəddin Ələsgərov, Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Ağdam rayonu.