04 noyabr 2015, 12:15

Budaq Quliyevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Azərbaycan xalqının firavanlığı, parlaq gələcəyi naminə keçirdiyiniz düşünülmüş, uzaqgörən siyasətiniz hər bir vətəndaşı, o cümlədən biz Quliyevlər ailəsini çox sevindirir.

Cənab Prezident, biz inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə Azərbaycanımız daha da çiçəklənəcək və dünyanın ən inkişaf etmiş zəngin dövlətlərindən birinə çevriləcək. Azərbaycanımızın gələcəyi olan gənclərin, xüsusilə aztəminatlı ailələrin mənzilə olan tələbatının ödənilməsində Sizin imzaladığınız Fərman minlərlə gənc ailəni asan şərtlərlə ev sahibi etməklə ölkəmizdə xoşbəxt ailələrin sayını artıracaq.

Möhtərəm cənab Prezidentimiz, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavan həyat arzu edirik.

Allah Sizi qorusun!

Hörmətlə,

Quliyev Budaq Nasim oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.