17 noyabr 2015, 13:10

Rəhilə Kazımovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Sumqayıtda da abadlıq-quruculuq işlərinin görülməsi şəhər sakinlərini çox sevindirir. Şəhərimizin təhsil sistemində yeni addımlarım atılması, neqativ halların aradan qaldırılması, uşaq bağçalarının dam örtüklərinin və istilik sistemlərinin əsaslı şəkildə yenilənməsi və uşaqların qidalanmasının kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırılması parlaq gələcəyə malik yeni nəslin yetişməsində öz töhfəsini verəcək.

Möhtərəm Prezident, biz Sizin daxili və xarici siyasətini ürəkdən bəyənir, uğurlarınızın davamlı olmasını arzu edirik.

Hörmətlə,

Kazımova Rəhilə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.