17 noyabr 2015, 14:15

Vüqar Nağıyevdən, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident!

Vətəndaşların problemlərinin həlli, onları narahat edən məsələlərin aradan qaldırılması və sosial xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində son illərdə həyata keçirilən tədbirləri alqışlayırıq.

Torpaq sahəsinin və evimin sənədləşdirilməsi üçün bir neçə təşkilata dəfələrlə müraciət etmişdim. Bu yaxınlarda dövlət rüsumunu və xidmət haqqını ödəyərək evimin çıxarışını və texniki pasportunu çox asanlıqla ala bildim.

Əziz Prezidentimiz, belə şəffaf mühitin yaradılmasına və yüksək səviyyəli xidmətin təşkilinə görə şəxsəm öz adımdan və ailə üzvlərim adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Nağıyev Vüqar Vahid oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.