20 noyabr 2015, 16:40

Nadir Əhmədovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışınız məni və ailəmi çox sevindirdi. Siz dəyərli fikirlərinizlə bir daha öz adınızı xalqımızın adını ucaltdınız. Azərbaycan bu konfransa öz möhürünü vurdu.

Əziz Prezidentimiz, mən bir ziyalı, bir Azərbaycan vətəndaşı kimi demək istəyirəm ki, Sizin yüksək tribunadan etdiyiniz bu çıxış bütün elm və təhsil müəssisələrində dərindən öyrənilməlidir. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük hörmət və ehtiramla,

Əhmədov Nadir Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.