02 dekabr 2015, 17:45

Qəbələ rayonunun dindarlarından, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident! 

Bakı şəhərinin Nardaran qəsəbəsində din pərdəsi altında törədilən özbaşınalığı, ölkəmizin birlik və sabitliyini pozmağa hədəflənən təxribatçı hərəkətləri və fəaliyyətləri şiddətlə qınayırıq. Bildirmək istəyirik ki, ölkəmizdə belə şəxslərə yer yoxdur. 

Möhtərəm cənab Prezident, bütün Qəbələ dindarları və din xadimləri Qafqaz Müsəlmanları İdarəsinin bu hadisə ilə əlaqədar verdiyi bəyanatı yekdilliklə dəstəkləyirlər. Biz qəbələlilər dövlətçiliyimizə daim sadiqik, birliyimiz və bərabərliyimiz üçün hər zaman ayıq və sayığıq. Bu kimi təxribatçı cəhdlərə əsla imkan vermərik ki, birliyimizi sarsıtsınlar. 

Hörmətlə, 

 

Qəbələ rayon dindarları. 

Azərbaycan Respublikası, Qəbələ rayonu.