03 dekabr 2015, 17:15

Fəxrəddin Yarıyevdən, Stavropol, Rusiya

Hörmətli cənab Prezident!

Bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan diasporu Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətinizi qətiyyətlə dəstəkləyir.

Qonşu Rusiya Federasiyasına səfəriniz zamanı Azərbaycan cəmiyyətlərinin nümayəndələri ilə görüşlərinizdə dövlətlərarası əlaqələrin inkişafına xidmət edən tövsiyələrinizin həyata keçirilməsi Stavropol vilayətində fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin əsas vəzifələri sırasına daxil edilib. 

Sosial-iqtisadi və mədəni əməkdaşlıq münasibətlərinin inkişafına Azərbaycan hökumətinin yardımçı olacağı barədə əməldə təsdiqini tapmış təşəbbüsləriniz müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətli xidmətlər kimi qiymətləndirilir.

Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, xaricdə yaşayan soydaşlarımızla bağlı planlı işlər dövlətçiliyə göstərdiyiniz yüksək xidmətinizin təcəssümüdür.

Dövlət proqramları çərçivəsində Bakı şəhərində və respublikanın bütün regionlarında görülən abadlıq-quruculuq işləri və müşahidə olunan inkişaf ölkəmizin dünya miqyasında tanınmasına səbəb olub. Biz Rusiya Federasiyasından ölkəmizə gələrkən burada gördüyümüz abadlıq və quruculuq işlərindən hədsiz dərəcədə sevinirik. Görülən bu işlər Cəlilabad rayonunu və onun kəndlərini də əhatə edir. Böyüyüb başa çatdığım Cəlilabad rayonunun Üçtəpə kəndinə çəkilmiş asfalt yol, eyni zamanda, 2015-ci ilin oktyabr ayında kəndimizə mavi yanacağın verilməsi on minə yaxın əhalisi olan kəndin sakinlərinin hədsiz sevincinə səbəb oldu.

Cənab Prezident, mən bir diaspor rəhbəri kimi Üçtəpə kənd sakinləri və o cümlədən Stavropolda fəaliyyət göstərən Ümum Rusiya Konqresi adından görülən bu yüksək fəaliyyətlərinizə görə Sizə böyük təşəkkür və minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, bu yüksək fəaliyyətinizə görə Üçtəpə kəndinin sakinləri və Stavropolda fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresi adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Bütün bunları nəzərə alaraq, Sizi əmin edirik ki, biz də öz növbəmizdə diaspora fəaliyyətini daha da gücləndirərək bayrağımızın yüksək zirvələrdə dalğalanması və respublikamızın xarici ölkələrdə tanınması istiqamətində fəaliyyətinizdə Sizə dəstək olacağıq.

Hörmətlə,

Yarıyev Fəxrəddin Sərraf oğlu.

Stavropol vilayətində fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin sədri. 


Rusiya Federasiyası, Stavropol vilayəti.