Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğludan

17 dekabr 2015, 19:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz qardaşım,

Dekabrın 4-də qardaş Azərbaycana rəsmi səfərdən qayıdandan sonra Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində insan ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Hökumətim adından və şəxsən öz adımdan qəzada həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa, Zati-alinizə, həlak olan insanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Əhməd Davudoğlu

Türkiyə Respublikasının Baş naziri