18 dekabr 2015, 12:30

Oktay Nəcəfov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin cəbhə bölgəsinə tez-tez baş çəkməyiniz, oranın sakinlərinin problemləri ilə maraqlanmağınız bizə xoş əhval-ruhiyyə bəxş edir. Biz heç vaxt dövlətimizin diqqətindən kənarda qalmamışıq.

Cari ilin noyabr ayının 13-ü gecə əsən güclü külək binamızın dam örtüyünü yarasız hala salmışdı. Qısa müddət ərzində bu problem aradan qaldırıldı və dam örtüyü yenisi ilə əvəz olundu. Bundan əlavə, binaətrafı ərazilər abadlaşdırılaraq yaşıllıq zonaları salındı, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün istirahət guşələri yaradıldı.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün tərtərlilər adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, tərtərlilər bundan sonra da Sizin yürütdüyünüz daxili və xarici siyasətinizi dəstəkləyərək ətrafınızda sıx birləşəcəklər.

Hörmətlə,

Nəcəfov Oktay Novruz oğlu,

Mehdiyev Şahin İlyas oğlu,

Allahverdiyeva Nəzakət Surxay qızı,

Abbasov Ədalət Hacı oğlu və başqaları (cəmi: 12 nəfər).

Azərbaycan Respublikası, Tərtər rayonu.