Azərbaycan və Əfqanıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

22 dekabr 2015, 13:00
Azərbaycan və Əfqanıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Prezident İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Əziz qonaqlar.

Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Çox şadıq ki, Siz bizim ölkəmizə rəsmi səfər edirsiniz. Biz Sizin ötən ilki səfərinizi müzakirə etdik və xatırladıq. Lakin o, çox qısa səfər idi, bu isə rəsmi səfərdir. Bu, bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Biz ikitərəfli əməkdaşlığımızın müxtəlif aspektlərini qısaca olaraq müzakirə etdik. Biz artıq yaxşı imkanlar və yaxşı nailiyyətlər görürük. Bizim ölkələrimiz dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır. Biz beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparırıq, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə Sizin ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik.

Biz dövriyyəni artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanların mövcud olduğunu müzakirə etdik. Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Sizin ölkənizə investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar. Bu gün biz, həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. Mən Sizə məlumat verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini - Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram ki, biz gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Müzakirə etdiyimiz kimi, Azərbaycan Qətiyyətli Dəstək Missiyasının üzvüdür və biz Sizin ölkənizdə sülh və inkişafa töhfə verməyə çalışırıq. Mən Sizi və hökumətinizi Əfqanıstanın dəyişikliklərlə əlaqədar əldə olunan nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm.

Cənab Prezident, bir daha xoş gəlmisiniz.

                                                                                                   X X X

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ çıxış edərək dedi:

- Cənab Prezident, ilk növbədə, icazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim.

İkincisi, Əfqanıstan xalqı və hökuməti adından neft platformasında insanların həlak olması ilə nəticələnən dəhşətli hadisə ilə əlaqədar dərin hüznümü ifadə edirəm.

İlk növbədə, icazə verin, Sizin ötən il NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakınıza və bu missiyada davamlı iştirakınıza görə dərin minnətdarlığımı bildirim. Sizin Çikaqo konfransında dediyiniz kimi, Azərbaycan bu missiyaya əsaslı töhfə verib. Həmçinin NATO missiyası zamanı Sizin hava limanı və obyektlərinizdən istifadə etməyə şərait yaratmanız mühüm əhəmiyyət kəsb edirdi. Hazırda biz bu üfüqi çox sabit və anti-terror əməkdaşlığına doğru genişləndiririk. Düşünürəm ki, qısamüddətli perspektivdə deyil, orta və uzunmüddətli perspektivdə məqsədlərimizə nail olacağıq.

Hesab edirəm ki, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bizə verdiyi dəstək və şəxsən üzərinizə götürdüyünüz öhdəlik təqdirəlayiqdir. Əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Məcburi köçkünlərin taleyi və Azərbaycanın ərazi bütövlüyü, dövlətin qurucusu olan mərhum atanız üçün olduğu kimi, Sizin üçün də hər şeydən önəmlidir. Azərbaycana böyük nümayəndə heyəti ilə gəlişimizin səbəbi ölkənizdəki dəyişikliyi bilavasitə müşahidə etmək istəyimizlə bağlıdır. Biz Sizi təbrik etmək istərdik.

                                                                                                    X X X

Geniş tərkibdə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04