Gerb

22 dekabr 2015, 13:00

Hörmətli cənab Prezident!

Biz – Pirallahı rayonunun dini icmasının üzvləri müstəqil dövlətimizin çiçəklənməsi və inkişafı yolunda atdığınız bütün addımları daim dəstəkləmişik və hər zaman da dəstəkləyəcəyik. Nardaranda baş verən məlum hadisələr bütün Azərbaycan xalqı kimi, bizi də dərin təəssüf hissinə qərq etdi. Vətəndaşları din pərdəsi altında yanlış yola yönəldərək çirkin niyyətlərini həyata keçirməyə cəhd edən qüvvələrin arzusu gözlərində qaldı. Dövlətimizin qətiyyətli mövqe nümayiş etdirərək təxribatçı addımın qarşısını çevik şəkildə almasının bir daha şahidi olduq.

Möhtərəm cənab Prezident, biz hər zaman Sizinləyik. Siz ölkəmizdə sülhün və sabitliyin qarantısınız. Allah Sizi qorusun.

Hörmətlə,

Baxşiyev Elçin Ağalar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.