06 yanvar 2016, 14:45

Elnaz Məmmədovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox minnətdarıq. Son vaxtlar şəhərimizin hər yerində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Yaşadığımız 18-ci mikrorayonda hündürmərtəbəli yaşayış binalarının liftlərinin dəyişdirilməsi, məhəlləarası yollara asfalt örtüyünün döşənməsi bütün sakinlərin sevincinə səbəb olub. Biz Sizi daim dəstəkləyir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Elnaz Tapdıq oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.