Gerb

21 yanvar 2016, 11:50
W1siziisijiwmtyvmdevmjevnhl2cgfwzwe1zf8wmzazmdmwm19maw5hbc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=7bc07d8b71a94485

Prezident İlham Əliyevin Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı qeyd olundu, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirildi.


Böyük ölçüdə