10:29
İlham Əliyev Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
10 mart 2011, 16:40
Prezident İlham Əliyev Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Yazbetsin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Milan Yazbets etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlət başçısı Milan Yazbetsin səfir kimi ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə Sloveniya arasında əlaqələrin uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlət başçıları səviyyəsində çox yaxşı əlaqələrin və şəxsi münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Sloveniyanın Azərbaycana yaxın dost və tərəfdaş ölkə olduğunu deyən dövlətimizin başçısı münasibətlərimizin inkişafı üçün möhkəm zəminin olduğunu və əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu dedi.
Səfir Milan Yazbets Sloveniya Respublikasının Prezidenti Danilo Türkün salamlarını dövlətimizin başçısına çatdırdı. O, Sloveniya dövləti başçısının Azərbaycan Prezidenti İlham Əliyev ilə yaxşı şəxsi əlaqələrinin olmasının ölkələrimiz arasında münasibətlərin inkişafındakı önəmini qeyd etdi. Milan Yazbetsin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.
Dövlət başçısı Sloveniya Respublikasının Prezidenti Danilo Türkün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
10:29
10:17
20:35
Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə...
20 may 2024, 20:3517:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
20 may 2024, 17:0217:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
20 may 2024, 17:0016:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...
20 may 2024, 16:5816:56
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...
20 may 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...
20 may 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Vaqif oğlu...
20 may 2024, 16:5216:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru...
20 may 2024, 16:5016:48
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: ...
20 may 2024, 16:4816:46
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi...
20 may 2024, 16:46