İlham Əliyev Tovuz şəhərindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub

16 fevral 2016, 19:20
İlham Əliyev Tovuz şəhərindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev Tovuz şəhərindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi ilə müşayiət olunur. Ölkəmizin şəhər və rayonlarında aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Tovuz şəhərindəki Heydər Əliyev Parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir.

Şəhərin girişində yerləşən bu parkda yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və abadlaşdırılması ilə bağlı tapşırığına əsasən yenilənən bu park ilk növbədə rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

Dövlət başçısına məlumat verildi ki, 2011-ci ildən fəaliyyət göstərən bu parkda kafe, restoran, uşaq əyləncə mərkəzi var. Ərazisi 10 hektar olan Heydər Əliyev Parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Ötən dövrdə bu parkda aparılan yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb. Yenidənqurma işlərindən sonra Heydər Əliyev Parkı özünəməxsus elementlər və formalarla zənginləşdirilib. 2014-2015-ci illərdə parkın ərazisi genişləndirilib, yeni park-bulvar salınıb. Burada yaradılan və sahəsi 4 min kvadratmetr olan yeni göl parkın gözəlliyini daha da artırır. Ətrafında səkilər, yaşıllıqlar salınan, ağac və dekorativ gül kolları əkilən, idman qurğuları quraşdırılan gölün ərazisində buta şəklində ada yaradılıb. İstirahətə gələnlərin rahatlığı üçün geniş ərazidə avtomobil dayanacağı da istifadəyə verilib.

Sonra Prezident İlham Əliyev parkdakı əyləncə mərkəzində yaradılan şəraitlə tanış oldu.

Dövlət başçısı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10