Gerb

20 fevral 2016, 17:00

Hörmətli cənab Prezident!

Biz Sizi çox sevirik və bir türk olaraq daim yanınızdayıq. Nə yaxşı ki, varsınız. Azərbaycanlı bacı və qardaşlarımız bizim üçün çox dəyərlidir. Siz də hər zaman Türkiyənin tərəfini saxlayır, haqq səsimizi dünya ictimaiyyətinə çatdırır və düşmənimiz olan xain ermənilərə öz yerlərini göstərirsiniz. Allah bizləri və sizləri daha da güclü etsin. İnşallah düşmənlərimizə öz gücümüzü daha tutarlı şəkildə göstərəcəyik.

Möhtərəm cənab Prezident, sevgi və hörmətimi Sizə bir daha izhar edərək, birliyimizin möhkəmlənməsinə verdiyiniz önəmli töhfələrə görə Sizə “Çox sağ olun” deyirəm.

Hörmətlə,

Ertan Eser Yusuf oğlu.

Türkiyə Respublikası, Hatay şəhəri.