Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub

23 fevral 2016, 15:50
Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub

Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo