02 aprel 2016, 18:30

Gülzar Mehdizadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Xətai rayonu 257 nömrəli məktəbin 11-ci sinif şagirdiyəm. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində digər həmyaşıdlarımla birgə Naxçıvan Muxtar Respublikasına səfər etdik. Ordubadın, Şahbuzun və bir çox yerlərin tarixi və mədəniyyəti ilə yaxından tanış olduq. Naxçıvan haqqında təsəvvürlərimiz artdı. Mən bu layihənin iştirakçılarından biri olduğum üçün çox sevincliyəm.

Tur-aksiyanın təşəbbüskarı olduğunuza və bizə göstərdiyiniz bu qayğıya görə Sizə çox minnətdarıq.

Hörmətlə,

Mehdizadə Gülzar Mikail qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.