Gerb

05 aprel 2011, 13:50
W1siziisijiwmtuvmdyvmtuvoxkxzmo0n2v1xzq4ndauanbnil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=d923070ff8377421

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu”nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzaladılar.

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş”i Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis imzaladılar.

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Dəniz nəqliyyatına dair saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram”ı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Dimitrious Drutsas imzaladılar