06 aprel 2016, 10:00

Nərmin Əzimzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Ordumuzun cəbhədə bir neçə strateji yüksəkliyi ələ keçirməsi münasibətilə Sizi təbrik edirəm. Bu anlarda özümü Qarabağda hiss edirəm. Biz bu uğurları Sizin rəhbərliyinizlə qazandıq.

Möhtərəm Prezident, mən də bir vətəndaş kimi Qarabağa döyüşə getməyi özümə borc bilirəm. Mənim dayım da Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşmaq hər bir gəncin arzusudur. Bizim arzumuz həm də Sizin komandanlığınızla torpaqlarımızı yağı düşməndən azad etməkdir. Bu yolda Sizə və Ordumuza uğurlar arzu edirik.

Hörmətlə,

Əzimzadə Nərmi Şaiq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.