İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir

07 aprel 2011, 16:50
İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir

Prezident İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Bakının artıq beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini dedi. Prezident İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşlərini və Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun Forumda iştirakının önəmini vurğuladı.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın genişlənməsində forumun əhəmiyyətini qeyd etdi. 2009-cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənliklərin onda böyük təəssürat yaratdığını dedi. 

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04