İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olmuşdur

18 aprel 2011, 16:00
İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olmuşdur

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.

Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi apardılar.

gallery-photogallery-photo