İlham Əliyev Çexiyanın keçmiş Baş naziri Mirek Topolaneki qəbul etmişdir

19 aprel 2011, 17:13
İlham Əliyev Çexiyanın keçmiş Baş naziri Mirek Topolaneki qəbul etmişdir

Prezident İlham Əliyev Çexiya Respublikasının keçmiş Baş naziri, “VAE Controls” şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolaneki qəbul etmişdir.

Çexiyanın keçmiş Baş naziri, “VAE Controls” şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolanek Bakıda çox böyük inkişafın şahidi olduğunu və burada aparılan quruculuq işlərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirek Topolanek ilə Praqada keçirilən “Cənub Dəhlizi-Yeni İpək yolu” sammitindəki görüşü məmnunluqla xatırlandı, dövlətimizin başçısının həmin sammitdə iştirakının önəmi qeyd olundu, Azərbaycan ilə Çexiya arasında işgüzar əlaqələrə dair fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04