İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında iştirak edib

19 aprel 2016, 13:25
İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına inzibati binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.

İnzibati binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, dahi rəhbərin həyatı və siyasi fəaliyyəti ilə bağlı fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin dövlətimizin başçısının Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar da var.

“Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.

Prezident İlham Əliyevin 2016-cı il 9 mart tarixli Fərmanı ilə “Azəryolservis” ASC-nin adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb. Həmin Fərmana əsasən, “Azəravtoyol” ASC ölkəmizin avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.

ASC-nin inzibati ofisi, investisiyaların idarə olunması üzrə işçi layihə qrupları və “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC bu inzibati binaya köçürülüb. Burada işçilər üçün ümumilikdə 210 kabinet yaradılıb. Bina ən müasir havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. İnşaat işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. Orijinal interyeri ilə seçilən binada müasir videomüşahidə və kompyuter sistemləri quraşdırılıb. Burada yeni rəqəmsal rabitə sistemi şəbəkəsi qurulub. Binanın dam örtüyünün konstruksiyası tamamilə yenilənib.

Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, səkilər qurulub. Binanın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə transformator yarımstansiyası tikilib. Su təchizatını təmin etmək üçün isə anbar inşa olunub.

Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55