17 may 2016, 14:20

Mehriban Bayramovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan vətəndaşları olaraq Sizin siyasətinizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Respublikamızın bütün bölgələri başdan-başa yeni görkəm alıb. Yaşadığımız Sumqayıt şəhərində də böyük yenidənqurma və abadlıq işləri aparılır. Dənizkənarı  parkda görülən yenidənqurma işlərinin möhtəşəmliyi biz sumqayıtlıları çox sevindirir.

Möhtərəm Prezident, şəhərimizə göstərdiyiniz qayğı və diqqətə görə Sizə minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Bayramova Mehriban Ənvər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.