İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsini qəbul edib

22 may 2016, 14:15
İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi, bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini dedi. Əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət sahələrində və humanitar sahədə əlaqələr uğurla inkişaf edir. Hüquq mühafizə və təhlükəsizlik sahələrində də əməkdaşlığımızın genişləndirilməsi ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə töhfə verə bilər.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən xüsusi nümayəndə Menq Jianzu Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qeyd etdi ki, Azərbaycana səfərə gələn nümayəndə heyətinin tərkibinə Çinin bütün hüquq mühafizə, təhlükəsizlik orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbər nümayəndələri daxildir. Çin xalqının ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə böyük hörmət bəslədiyini bildirən Menq Jianzu dedi: “Heydər Əliyev sözün əsl mənasında Azərbaycan xalqının ümummilli lideridir. Siz onun siyasətini uğurla davam etdirirsiniz. Azərbaycanda Sizin rəhbərliyinizlə iqtisadiyyat sürətlə inkişaf edir, ictimai-siyasi sabitlik tam təmin olunub, əhalinin əhval-ruhiyyəsi yüksəkdir”.

Çinin Azərbaycan ilə təhlükəsizlik, hüquq mühafizə sahələrində, terrorizmə, transmilli iqtisadi cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığı genişləndirməsində maraqlı olduğunu deyən Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi bildirdi ki, təhlükəsizlik sahəsində əməkdaşlıq regional əməkdaşlığa da töhfəsini verə bilər. Menq Jianzu Böyük İpək Yolunun perspektivli layihə olduğunu vurğuladı.

Azərbaycan Prezidentinin Çinə dövlət səfərinin uğurlu keçdiyini, gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində səfər zamanı mühüm sənədlərin imzalandığını xatırladan və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti arasında dostluq əlaqələrinin yarandığını deyən Menq Jianzu vurğuladı ki, Azərbaycan Çin üçün dost və qardaş ölkədir. O bildirdi ki, səfərinin əsas məqsədi Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə təkan verməkdir. Menq Jianzu dedi ki, Azərbaycana səfərdən əvvəl o, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. Si Cinpin onunla söhbətində Azərbaycanın gözəl ölkə olduğunu söyləyib və özünün də Azərbaycana səfər etmək arzusunda olduğunu deyib.

Ulu öndər Heydər Əliyev və ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Ümummilli Lider Çin ilə ikitərəfli münasibətlərin təməl prinsiplərinin qurulmasında müstəsna rol oynayıb. Dövlətimizin başçısı bildirdi ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət, eləcə də Çin ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu gün uğurla davam etdirilir. Çinin Azərbaycan üçün dost və qardaş ölkə olduğunu və Çin ilə münasibətlərin inkişaf etdirilməsinin xarici siyasətimizdə əsas istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu ölkəyə dövlət səfəri zamanı keçirilən görüşlər və aparılan səmərəli danışıqlar bunu bir daha təsdiq etdi.

Dövlətimizin başçısı Azərbaycandan keçərək Çindən Avropaya dəmir yolu ilə yük daşınması sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğunu vurğuladı və bu sahədə fəal iş aparıldığını dedi. Azərbaycan ilə Çin arasında terrorizm, ekstremizm və separatizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin erməni terrorizmi və separatizmi ilə üzləşdiyini bildirdi və qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Dövlətimizin başçısı Azərbaycanın Çinin ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı.

Prezident İlham Əliyev Çinin daha çox şirkətlərinin Azərbaycanın iqtisadiyyatında iştirakında və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsində Çinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi və bu təşkilatla fəal əməkdaşlığın aparılmasının Azərbaycanın xarici siyasətində prioritetlərdən biri olduğunu vurğuladı.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Si Cinpini onun üçün münasib vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyanada keçirilən son görüşün nəticələri müzakirə olundu. Çin tərəfi münaqişənin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu bildirdi. Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu qeyd etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşır.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35