23 may 2016, 14:45

Aygül Allahverdiyevdən, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident.

Enerji təsərrüfatında görülən işlərdən çox razıyam. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün görülən bu işlər öz bəhrəsini verməkdədir. Sizin Sərəncamınızla yaradılan  “Azərişıq” ASC qısa müddət ərzində özünü doğrultdu.

Son vaxtlar yaşadığımız Güloğlular kəndinin elektrik təsərrüfatında ciddi dəyişikliklər edilib, kəndin enerji infrastrukturu demək olar ki, yenidən qurulub. Hazırda fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunuruq.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Yolunuz hər zaman işıqlı olsun.

Hörmətlə,

Allahverdiyev Aygül.

Azərbaycan Respublikası, Bərdə rayonu, Güloğlular kəndi.