İlham Əliyev BP-nin Direktorlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

24 may 2016, 18:20
İlham Əliyev BP-nin Direktorlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi və BP Qrupun baş icraçı direktoru Bob Dadlinin də daxil olduğu Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

BP-nin Direktorlar Şurasının Azərbaycanda toplanmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bunun rəmzi məna daşıdığını vurğuladı. Prezident İlham Əliyev 20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini dedi. Dövlətimizin başçısı ötən dövr ərzində BP-Azərbaycan əməkdaşlığının inkişaf dinamikasını məmnunluqla xatırlayaraq bu illəri ölkəmizin iqtisadi inkişaf dövrü kimi xarakterizə etdi. Azərbaycanın müasir, inkişaf etməkdə olan ölkəyə çevrilməsindən qürur duyduğunu bildirən Prezident İlham Əliyev əldə olunan bütün bu nailiyyətlərin enerji sektoruna yatırılan böyük həcmli sərmayələr sayəsində mümkün olduğunu dedi. O vaxtdan başlayaraq Azərbaycanda hasilat, kəşfiyyat, nəqletmə və digər sahələrdə çox mühüm layihələrin icra olunduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hazırda təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan enerji layihəsini həyata keçirmək ərəfəsində olduğunu da bildirdi. Enerji təhlükəsizliyi və şaxələndirmə baxımından “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu layihənin bir çox ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcəyini dedi. Azərbaycan ilə əməkdaşlığa sadiq qaldığına görə BP şirkətinə təşəkkürünü bildirən dövlətimizin başçısı şirkətin ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkəti kimi etibarlı tərəfdaşı olmasının önəmini də qeyd etdi. Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında əməkdaşlığın artıq 22 ildir ki, davam etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın gələcək illərdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkəmizə ilk dəfə səfər edən nümayəndə heyəti üzvlərinin Azərbaycan ilə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaratdığını dedi.

BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberq ölkəmizə səfərindən ötən dövr ərzində böyük dəyişikliklərin şahidi olduğunu, paytaxtımızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Azərbaycanın “Eurovision”, Avropa Oyunları və “Formula-1” kimi möhtəşəm beynəlxalq yarışlara ev sahibliyi etməsinin önəmini vurğulayan Karl-Henrik Svanberq bildirdi ki, ölkəmizdə əldə olunan bütün bu nailiyyətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi” kimi tarixə düşən kontraktın imzalanması ilə qoyuldu. Azərbaycan ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edən BP-nin Direktorlar Şurasının sədri tərəfdaşlığımızın ötən dövr ərzində çox güclü olduğunu dedi və regionun inkişafı ilə bağlı layihələrdə iştirak etmələrindən qürur duyduqlarını vurğuladı. “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin BP-Azərbaycan əməkdaşlığının uzunmüddətli olması işinə xidmət edəcəyini bildirdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04