İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub

03 iyun 2016, 15:10
İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Hörmətli Baş nazir, ilk növbədə, Sizi bu yüksək vəzifəyə təyin olunmağınız münasibətilə Azərbaycan xalqı adından bir daha ürəkdən təbrik edirəm. Sizə bu məsuliyyətli vəzifədə böyük uğurlar arzulayıram.

Biz indi Sizinlə təkbətək görüşümüzdə ikitərəfli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Bizim istəyimiz, məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir. Biz həm siyasi, iqtisadi, nəqliyyat sahələrində və həm də bütün başqa sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

Görüləcək işlər də var. Bizi birləşdirən önəmli nəqliyyat, enerji layihələri icra edilir və şadam ki, vaxtında icra edilir. Əminəm ki, yaxın zamanlarda biz bu önəmli, dünya miqyaslı layihələrin açılışlarını qeyd edəcəyik.

Türkiyə-Azərbaycan əlaqələri həm xalqlarımız, dövlətlərimiz və həm də bölgə üçün böyük əhəmiyyət daşıyır. Bizim birliyimiz bölgədə sabitliyi daha da möhkəmləndirir. Mən şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz, yeni nazirlər Azərbaycan nazirləri ilə ünsiyyətdə olacaqlar və bütün lazımi danışıqları aparacaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz.

                                                                              X X X

Türkiyə Respublikasının Baş naziri Binəli YILDIRIM dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli nazirlər.

Bu gün artıq Türkiyə Respublikası üçün bir ənənə halı alan səfəri həyata keçiririk. Türkiyədə yeni hökumət qurulduğu zaman Baş nazirin ilk işi Şimali Kiprə, ondan dərhal sonra “bir millət, iki dövlət” olan qardaş Azərbaycana səfər etməkdir. Bu baxımdan mən də yoldaşlarımla birlikdə bu səfəri həyata keçiririk. Bu səfər zamanı dost və qardaş Azərbaycanda Sizdən gördüyümüz bu gözəl, mehriban qarşılanma, ev sahibliyi üçün təşəkkür edirik.

                                                                                  X X X

Baş nazir Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan və Türkiyə arasında enerji layihələri, o cümlədən “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin həyata keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04