İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

06 iyun 2016, 19:05
İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirildi. Müxtəlif sahələrdə, xüsusilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Airbus Group” arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photo