13 iyun 2016, 12:15

Sona Muradzadədən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu gün Sumqayıtda həyata keçirilən möhtəşəm işlər şəhərimizə yeni nəfəs verməkdədir. Xüsusən də illərdir ki, bərbad halda olan məhəllə və mikrorayondaxili yolların asfaltlanması bu işlərin insanların rifahının yaxşılaşdırılmasına yönəldildiyini göstərir.

Möhtərəm cənab Prezident, Sizin imzaladığınız Sərəncamla Sumqayıtda binalarının dam örtüklərinin dəyişdirilməsi və yolların əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə verdiyiniz qərar şəhərimizə və onun sakinlərinə olan diqqət və qayğınızın bir daha sübutudur. Sizə, şəhərimizə göstərdiyiniz diqqət və qayğıdan dolayı sonsuz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Muradzadə Sona Rasim qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 18-ci mikrorayon.