13 iyun 2016, 12:30

Təyyar Adıgözəlovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyiniz dövründə Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilmiş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına, beynəlxalq layihələrin reallaşdırılmasına dəyərli töhfələr vermiş, dünya və qitə miqyaslı yarışları uğurla təşkil etmişdir.

Siz Azərbaycanın böyük potensiala malik ölkə olduğunu bütün dünyaya nümayiş etdirdiniz. Ölkəmiz əhəmiyyətli nəqliyyat dəhlizlərinin keçdiyi, cənubla şimalın, qərblə şərqin birləşdiyi diyara çevrilmişdir.

Möhtərəm Prezident, bütün bunların dünya ictimaiyyəti tərəfindən qəbul olunması və Sizin nüfuzlu mükafata layiq görülməyiniz bizi hədsiz sevindirir. Bir daha Sizi ürəkdən təbrik edirəm.

Hörmətlə,

Adıgözəlov Təyyar

Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi