13 iyun 2016, 16:00

Mehman Zeynalovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Dünyada ilin adamı” seçilməyiniz münasibətilə bütün ailəmiz adından Sizi səmimi qəlbdən təbrik edirik. Həmçinin Sizə Allahın bizə bəxş etdiyi ən dəyərli xəzinə olan möhkəm cansağlığı və xoşbəxt həyat arzulayırıq.

Sizin kimi şəxsiyyəti nəinki ilin adamı, həmçinin uğurla apardığınız daxili və xarici siyasətə, dinimizdə göstərildiyi kimi, insanlığın ən uca zirvəsində durduğuna görə kainatı işıqlı gələcəyə aparan bir lider kimi görmək istəyərdik. Dünyada müdrik dövlət başçısı çoxdur. Lakin Vətənini və xalqını bu qədər sevən, daim xalqı üçün çalışan, mehribanlığı və sadəliyi ilə seçilən, uşaqdan böyüyə kimi hamının rəğbətini qazanan şəxsiyyət çox azdır. Siz də belə şəxsiyyətlərdənsiniz. Çünki Siz ümummilli lider Heydər Əliyevin layiqli davamçısısınız. 

Hörmətlə,

Zeynalov  Mehman Əhmədağa oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.