20 iyun 2016, 13:00

Səma Əsədovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyada məşhur olan “Formula-1” yarışının ölkəmizdə keçirilməsi bir gənc kimi məni çox sevindirir. Bu gün dünyanın gözü Bakıdadır. Ölkəmiz dünyaya təkcə yüksək səviyyədə təşkil olunmuş yarış deyil, eyni zamanda, yüksək mədəniyyət, qonaqpərvərlik, inkişaf, birlik nümayiş etdirir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də azərbaycanlı olmağımla fəxr edirəm.

Bu böyük sevinc hissini bizlərə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əsədova Səma.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.