21 iyun 2016, 12:45

Şəhla Salmanovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər şəhərimizdə böyük quruculuq və abadlıq işləri aparılır. Bütün bunları Sizin Sumqayıta olan böyük diqqət və qayğınızın nəticəsi hesab edirik. Çoxmənzilli binaların dam örtüklərinin yenilənməsi, fasadların təmiri, yolların asfaltlanması, ağacların əkilməsi, yaşıllıqların salınması buna bariz nümunələrdir. Biz bu işlərə görə çox sevinirik.

Cənab Prezident, biz Sizin məqsədyönlü siyasətinizi dəstəkləyir, göstərdiyiniz qayğınıza görə sakinlər adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Salmanova Şəhla Eldar qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 6-cı mikrorayon.