İlham Əliyev Nardarandakı “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub

21 iyun 2016, 13:30
İlham Əliyev Nardarandakı “Rəhimə Xanım”  məscid-ziyarətgah kompleksi ilə tanış olub

Prezident İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.

Kompleksin rəisi Hacı Ədalət dövlətimizin başçısını salamlayaraq dedi: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Salam. Xoş gördük. Necəsiniz?

Hacı Ədalət: Sağ olun. Siz necəsiniz?

Prezident İlham Əliyev: Yaxşıyam. Sağ olun.

Hacı Ədalət: Gələn qədəmləriniz mübarək olsun. Bu əziz bayramda bizi yad etmisiniz. Xoş gəlib, səfa gətirmisiniz.

Prezident İlham Əliyev: Bəli, mən xüsusi olaraq bu mübarək ayda gəlmişəm.

Hacı Ədalət: Siz buraya əvvəl də gəlmisiniz, hədiyyəniz də var.

Prezident İlham Əliyev: Bəli, olub. Yadınızdadır?

Hacı Ədalət: Bəli. Siz buraya iki hədiyyə vermisiniz. Onlardan biri pansionatdır.

Prezident İlham Əliyev: Bəli, pansionatı vermişəm, düzdür.

Hacı Ədalət: Buraya bir dənə də çilçıraq hədiyyə etmisiniz. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: O vaxt burada ağsaqqallarla görüşmüşdüm. O görüşdə Siz də iştirak edirdiniz?

Hacı Ədalət: Bəli, Siz pansionatın sənədlərini şəxsən mənə verdiniz. Çox sağ olun, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Çox sağ olun.

“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi Azərbaycanın ən qədim dini məbədlərindən biridir. VIII əsrdə inşa olunan bu ziyarətgah əhali və dövlət tərəfindən bu günədək qorunub saxlanılıb.

Qeyd edək ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev bu müqəddəs məkanı ziyarət edib.

Azərbaycan Prezidentinin dini və tarixi abidələrə qayğıkeş münasibəti burada da hiss olunur. Prezident İlham Əliyev 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışarkən bu ziyarətgahda olub. Dövlətimizin başçısının həmin vaxt bu müqəddəs məkan üçün 10 hektar torpaq sahəsinin ayrılması barədə qaldırdığı təşəbbüs nəticəsində ziyarətgahın ərazisi xeyli genişlənib. Prezident İlham Əliyev, həmçinin 2004-cü ildə bu dini kompleksə hədiyyələr təqdim edib.

“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04