25 iyun 2016, 16:00

Xanım Həsənova və Zaur Həsənovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün Sumqayıtda aparılan abadlıq-quruculuq işləri şəhər sakinlərini ürəkdən sevindirir. Yaşayış binalarının zövqlə  üzlənməsi, dam örtüklərinin yenilənməsi, yolların əsası təmiri, istismar müddəti bitmiş liftlərin dəyişdirilməsi bizə, xüsusilə də yaşlı nəslin nümayəndələrinə çox xoş ovqat bəxş edir.

Hörmətli cənab Prezident, Sumqayıt və sumqayıtlılar göstərdiyiniz qayğı və sevginizə hər zaman layiq olmağa çalışırlar. Şəhərimizin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə gördüyünüz bütün işlərinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Həsənova Xanım

Həsənov Zaur, I qrup əlil.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.