29 iyun 2016, 17:00

Telman Muradovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Oğlum Rizvan Muradov bu il aprelin 3-də Tərtər rayonu istiqamətində gedən döyüşlərdə erməni təxribatının qarşısını alarkən şəhid olub. Bir ata kimi oğul itkisinə üzülsəm də, onun məhz Vətən uğrunda şəhid olması və adının dövlətimizin tərəfindən uca tutulması mənə təskinlik verir.

Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. İnanırıq ki, Sizin rəhbərliyinizlə Dağlıq Qarabağ tezliklə işğaldan azad ediləcək və bütün şəhidlərin ruhu şad olacaqdır.

Hörmətlə,

Muradov Telman Muradxan oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Çiçəkli kəndi.