30 iyun 2016, 19:00

Ceyhun Layıcovdan, Balakən, Azərbaycan

Hörmətli cənab Prezident. 

Fərdi yaşayış evi ilə təmin edildiyim üçün Sizə şəxsən öz adımdan və ailəm adından təşəkkür edirəm. 

İstər döyüş bölgəsində, istərsə də həyatın müxtəlif sahələrində Vətən naminə fədakarlıq göstərən, onun adını ucaldan insanların əməyini yüksək qiymətləndirməyiniz Sizin Vətənə olan böyük sevginizdən irəli gəlir. Qarabağ əlillərinin mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər də bunun bariz nümunəsidir. 

Möhtərəm Prezident, göstərdiyiniz qayğıya görə bir daha Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

Hörmətlə, 

Layıcov Ceyhun Əsədullah oğlu,

II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Balakən rayonu.