Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

02 iyul 2016, 16:40

Hörmətli Aleksandr Qriqoryeviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Belarus xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan və Belarusu tarixən təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir, Azərbaycan ilə Belarusun çoxplanlı qarşılıqlı fəaliyyətinə hər cəhətdən kömək edir.

Əminəm ki, xalqlarımızın maraqları, ölkələrimizin inkişafı naminə birgə səylərimiz Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə yönələcək.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, dost Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 iyun 2016-cı il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10