Azərbaycan-Ukrayna sənədləri imzalanmışdır

28 aprel 2011, 14:30
Azərbaycan-Ukrayna sənədləri imzalanmışdır

Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannaməsi”ni, “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasının Protokolu”nu, “Azərbaycan Respublikası ilə Ukrayna arasında 2011-2015-ci illərdə Hərtərəfli Əməkdaşlığa dair Tədbirlər Planı”nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç imzaladılar.

gallery-photogallery-photo