10 avqust 2016, 12:00

Səid Muradovdan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illərdə Azərbaycanın həm iqtisadi, həm siyasi sahədə əldə etdiyi çoxsaylı nailiyyətlər Sizin adınızla bağlıdır. Ölkəmiz dünyanın hazırki siyasi və iqtisadi xəritəsində əhəmiyyətli mövqe tutur, inkişaf etmiş nəhəng dövlətlər bizimlə əməkdaşlığa can atır. Bütün bunlar bir vətəndaş olaraq məni həddən artıq qürurlandırır.

Möhtərəm Prezident, ən böyük arzum işğal altındakı torpaqlarımızın geri qaytarılmasıdır. Əminəm ki, tezliklə bu arzum reallaşacaq və Azərbaycanın yeni tarixinə növbəti şanlı səhifə yazılacaqdır. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Muradov Səid Fazil oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.