29 avqust 2016, 15:30

Telman Hümbətovdan, Niderland Krallığı

Hörmətli cənab Prezident.

Sizin tapşırığınız əsasında gömrük sahəsində yeni yaradılmış “Yaşıl dəhliz” buraxılış sistemi məni çox razı saldı. Niderland Krallığından ölkəmizə göndərdiyim ev əşyalarımı sənədləşdirmək üçün gömrük idarəsinə müraciət etdim. Burada məni çox yüksək səviyyədə qarşılayaraq, cəmi 15 dəqiqə ərzində sənədləşdirməni başa çatdırdılar.

Möhtərəm Prezident, göstərilən diqqət və qayğıya görə, ilk növbədə, Sizə minnətdarlığımı və təşəkkürümü bildirir, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Hümbətov Telman. 

Niderland Krallığı.