03 sentyabr 2016, 11:20

Elməddin İbişovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medal qazanması münasibətilə Sizi təbrik edirik. Əldə olunmuş nəticələr Azərbaycan xalqının böyük uğurudur. Bu uğurların kökündə Sizin möhkəm təmələ əsaslanan, xalq tərəfindən dəstəklənən siyasətiniz, Azərbaycan idmanının bugünkü inkişafına, təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də nüfuzunun artmasına dəstək verən əvəzedilməz fəaliyyətiniz dayanır.

Bu növbəti uğurumuz Sizin Azərbaycanda idmanın hər bir növünə, eləcə də idmançılarımıza verdiyiniz böyük dəyərin, diqqət və qayğının göstəricisidir.

Hörmətlə,

Elməddin İbişov Elmidar oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Qarabağ kəndi.