İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib

03 sentyabr 2016, 12:10
İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə layihə üzrə görülmüş işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə “Masallı rayonunda su təchizatı, çirkab su sistemləri, içməli və çirkab sutəmizləyici qurğunun tikintisi” layihəsi barədə məlumat verdi. Bildirildi ki, Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”yə respublikanın 8, o cümlədən də Masallı rayonunda şəhər əhalisinin içməli su ilə təmin olunması məqsədi ilə içməli su şəbəkəsinin və təmizləyici qurğunun, çirkab sularının şəhər ərazisindən kənarlaşdırılması üçün kanalizasiya şəbəkəsinin və çirkabtəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Dövlətimizin başçısının 2013-cü il 15 mart tarixli Sərəncamına əsasən Masallı şəhərinin ərazisinə birləşdirilən Ərkivan və Kosagül qəsəbələrinin 16 min nəfər əhalisinin içməli su ilə təmin olunması məqsədilə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi də layihəyə əlavə edilib. Layihədə Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin 2030-cu ilə proqnozlaşdırılan 50 min nəfərə yaxın, eləcə də Cəlilabad şəhərinin əhalisinin də içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə su mənbəyi Viləşçay su anbarı qəbul edilib və onun yaxınlığında su anbarından götürülən suların təmizlənməsi məqsədilə gündəlik gücü 22 min kubmetr olan qurğunun tikintisi nəzərdə tutulub.

“Masallı rayonunda su təchizatı və çirkab su şəbəkəsinin, içməli və çirkab sutəmizləyici qurğuların tikintisi”nin aparılması məqsədilə Dünya Bankının tələblərinə uyğun beynəlxalq tenderlə tikinti podratçısının seçimi aparılmış və tenderin qalibi Türkiyənin “Eser” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən 2012-ci ildə tikinti işlərinə başlanıb. Tikinti işlərinin aparılmasına əsasən yerli işçi qüvvəsi cəlb olunub. Layihəyə uyğun olaraq Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin, eləcə də Cəlilabad şəhərinin əhalisinin də içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Viləşçay su anbarından götürüləcək saniyədə 258 litr suyun təmizlənməsi üçün su anbarının yaxınlığında gücü gündə 22 min kubmetr olan və müasir təmizləmə texnologiyasına əsaslanan qurğu kompleksi inşa edilib. Masallı-Yardımlı yolunun 7-ci kilometrliyindən sutəmizləyici qurğuya qədər uzunluğu 2838 poqonmetr, eni 6 metr olan asfalt örtüklü yol çəkilib.

Təmizləyici qurğudan çıxan suyun Masallı şəhərinə, Ərkivan və Kosagül qəsəbələrinə verilməsi üçün qurğunun yanında inşa olunmuş tutumu 5 min kubmetr olan su anbarından suyun öz axını ilə nəqli üçün diametri 630 millimetr və uzunluğu 7190 poqonmetr olan magistral boru kəməri çəkilib. Magistral boru kəmərindən Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin əhalisinə içməli su verilməsi üçün müxtəlif diametrli borulardan ibarət şəbəkə inşa edilib, 9022 yaşayış evi su sayğacı ilə təmin olunaraq bu şəbəkəyə qoşulub. Layihə ərazisində 812 yanğın hidrantı quraşdırılıb. Ərkivan qəsəbəsinin ərazisində məhsuldarlığı saniyədə 50 litr, suvurma hündürlüyü 30 metr olan nasos stansiyası inşa edilib.

İstifadə olunmuş suların şəhər ərazisindən kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli təzyiqli çirkab su xətti çəkilib. Kanalizasiya şəbəkələri üzərində 5578 kanalizasiya baxış quyusu inşa edilib, 8400 ev bu şəbəkəyə qoşulub.

Diqqətə çatdırılıb ki, nəzərdə tutulan altı çirkab su nasos stansiyasının dördündə inşaat işləri başa çatdırılıb, ikisinin isə tikintisi davam etdirilir. Layihə üzrə nəzərdə tutulan və gündəlik gücü 7462 kubmetr olan çirkab sutəmizləyici qurğuda inşaat işləri tamamlanıb. İlin sonuna qədər Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin çirkab su şəbəkəsi və təmizləyici qurğusunun tikintisində işlər tam başa çatdırılacaq.

Onu da deyək ki, yeni layihədən öncə Masallı şəhərində ümumiyyətlə mərkəzləşmiş içməli su və kanalizasiya sistemləri mövcud olmayıb. Əhali içməli suya olan tələbatını fərdi həyətyanı sahələrdə standartlara cavab verməyən qaydada qazılmış quyulardan və ya nəqliyyat vasitəsindən istifadə edərək kənardan daşımaqla ödəyib.

Sonra Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basdı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04