İlham Əliyev Salyan rayonuna səfərə gəlib

03 sentyabr 2016, 15:30
İlham Əliyev Salyan rayonuna səfərə gəlib

Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Ulu Öndərin şəhərin mərkəzindəki Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkın daim yenilənməsi və burada gözəl şəraitin yaradılması bu məkanı sakinlərin və şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzinə çevirib.

gallery-photogallery-photo