03 sentyabr 2016, 16:40

Faiq Əhmədov və İlşad Süleymanovdan, Lökbatan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycanda dinə, dindarlara və dini dəyərlərə göstərilən böyük diqqət və qayğı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və Sizin tərəfinizdən uğurla həyata keçirilən çoxşaxəli siyasi xəttin mühüm tərkib hissəsidir. Ölkəmizdə tolerantlığın, multikulturalizmin təbliğində, radikalizmlə mübarizədə və gənclərin bu istiqamətdə maarifləndirilməsində xeyli işlər görülüb.

Hörmətli Prezident, Vətənimizdə dindarların rahat və təhlükəsiz şəkildə ibadət etmələri üçün yaradılan mövcud şəraitə, dini dəyərlərimizin və İslam mədəniyyətinin qorunub saxlanmasında göstərdiyiniz səylərə, dini abidələrin, məscidlərin, ziyarətgahların bərpası və yenidən qurulmasında köməkliyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əhmədov Faiq

Lökbatan qəsəbəsi məscidinin icma sədri,

Süleymanov İlşad

Müşfiqabad qəsəbəsi məscidinin icma sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.