05 sentyabr 2016, 12:30

Nazimə Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bakının Pirallahı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Rayonumuzda yollar genişləndirilir, kommunikasiya xətləri yenilənir, yaşayış binaları əsaslı təmir olunur. Sakini olduğum Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 1, ev 53 çoxmərtəbəli yaşayış binasıdır və 1939-cu ildə inşa edilmişdir. Hazırda binamız əsaslı şəkildə təmir olunur və təmir işləri yekunlaşmaq üzrədir.

Möhtərəm cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə sakinlər və öz adımdan sonsuz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Məmmədova Nazimə

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.