08 sentyabr 2016, 11:00

Sara Həsənova və Gülsəfa Əfəndiyevadan, Ağstafa, Azərbaycan

Hörməli cənab Prezident,

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Rayonumuzda yeni yollar çəkilir, mövcud yollar genişləndirilir, kommunikasiya xətləri yenilənir, yaşayış binaları əsaslı təmir olunur.

Biz Ağstafa şəhəri, Həmid Abbas küçəsinin sakiniyik. 83 yaşımız var, qonşuyuq və 1954-cü ildən həmin ünvanda yaşayırıq. Artıq şəhərin Səməd Vurğun və Həmid Abbas küçələrində də abadlıq-quruculuq işləri yekunlaşıb və yerli sakinlərin iştirakı ilə açılış olub.

Sizin diqqət və qayğınız hər bir evdə hiss olunur. Bu, bizi sevindirir və yaşamağa sövq edir – ömrümüzü uzadır. Möhtərəm cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz adımızdan və yerli sakinlər adından sonsuz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Sara Həsənova və Gülsəfa Əfəndiyevanın adından

nəvəsi Əmir Əfəndiyev

Azərbaycan Respublikası, Ağstafa şəhəri.