08 sentyabr 2016, 12:30

Şəhla Ələkbərova və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin qayğınız sayəsində şəhərimiz gündən-günə gözəlləşir, sakinlərin rahat yaşaması üçün hər bir şərait yaradılır. Müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələr tikilir, övladlarımızın parlaq gələcəyi təmin edilir.

Hörmətli cənab Prezident, bizim ailələrimiz də Sizin diqqətinizdən kənarda qalmamış, yeni mənzillərə qovuşmuşdur. Bütün xalqımız kimi biz də əmin-amanlıq içərisində yaşayırıq. Azərbaycanımız üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Bakı şəhəri, Heydər Əliyev prospekti, 79/2 nömrəli binanın sakinləri

Ələkbərova Şəhla,

İsmayılova Südabə,

Nuriyeva Təranə və başqaları – cəmi 9 nəfər.

Azərbaycan Respublikası, Bakı şəhəri.